Meymunçiçəyi xəstəliyinin ağır gedişatına görə risk faktorları müəyyən edilib

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokolunda xəstəliyin ağır gedişatına görə risk faktorları müəyyən edilib.

“Report”un məlumatına görə, protokolda qeyd olunub ki, ağır hallar daha çox uşaqlar arasında rast gəlir, virus yükü, pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağırlaşmaların xarakteri ilə əlaqədardır.

Sənəddə bildirilir ki, dərin immunçatışmazlıq daha ciddi nəticələrə səbəb ola bilər. Həmçinin, hamilələr, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altında ola bilərlər. Tibb işçiləri də virusla daha uzun müddət təmas etdiklərinə görə daha yüksək risk altındadırlar.

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var. Eyni zamanda dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndləmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.

Yoluxmanın risk qruplarına immun çatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

Ağırlaşmalara gəlincə, ikincili infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit, görmənin pozulması (buynuz qişasının zədələnməsi) bu qrupa şamil edilir.

Fəsadların monitorinqi zamanı xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, sidik ifrazının azalması, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya olduğu təqdirdə yaxından izlənilməlidir.

Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən həkimə müraciət olunmalıdır.

Oxu.az

Bu yazılara da göz atın...