Maşın ağaca çırpıldı: Yaralılar var

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2111 markalı maşın yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə rayonun Qaraxıdır kənd sakinləri – sürücü, 1968-ci il təvəllüdlü Fərman Abdullayev və sərnişini, 2010-cu il təvəllüdlü Əlvan Abdullayev xəsarət alıblar. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...