window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Sabahdan məclislərimiz başlayır, bunlar saat 21:15-də olacaq”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Məhərrəm ayı ilə bağlı keçiriləcək məclislərlə bağlı məlumat verərkən deyib.
O qeyd edib ki, məclislər axşam saatlarında keçirildiyi üçün səsgücləndiricilərin səsi çölə verilməyəcək:
“Həyətdə dayanmaq, sinə vurmaq qadağan deyil. Məclis canlı olaraq yayımlanacaq, qatıla bilməyənlər evlərindən izləyə bilərlər”.