KTM-dən Ceyhun Əsgərovla bağlı AÇIQLAMA – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Ceyhun Əsgərovla bağlı zəng edib, maraqlanan dostlar, narahat olmayın, hər şey yaxşıdır”

Bu sözləri Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu öz “Facebook” profilində yazıb.

O bildirib ki, bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir.

“KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!” – deyə, o qeyd edib.

18:40

Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki o, 3 saatdır bir xəstəxanada öz hesabına belə yer tapa bilmədiyini paylaşıb.

Media nümayəndələri C.Əsgərovun müalicəsi üçün TƏBİB-ə fasiləsiz olaraq müraciət ünvanlayıblar.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:

“Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!”.

Könül Cəfərli

Oxu.az

Bu yazılara da göz atın...