Gənc qadın qonşusunun evinə gizlincə girmək istədi: Dördüncü mərtəbədən YIXILDI – TƏFƏRRÜAT + VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Mingəçevirdə qonşunun evinə icazəsiz keçən qadın oradan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Bəs maraqlıdır həmin qadın niyə qonşunun evinə gizlicə girməyə çalışıb? 

Hadisə ilə bağlı Xəzər TV reportaj hazırlayıb.

Bildirilib ki, 27 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb. Sözügedən ünvanda kirayədə yaşayan qadın öz mənzilindən deyil, qonşu mənzilin pəncərəsindən yerə çırpılıb. Bina sakinlərinin sözlərinə görə, 27 yaşlı qadın həmin mənzildə kimsə olmadığı zaman daxil olub. Ev sahibləri 4-cü mərtəbəyə qalxan zaman isə qapının arxadan kilidləndiyinə şahidlik ediblər. Bir qədər sonra isə həmin mənzildən qadının yerə düşdüyü məlum olub.

Hündürlükdən yerə düşərək ağır bədən xəsarətləri alan qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. 

Qonşunun mənzilinə icazəsiz daxil olub, daha sonra həmin evin pəncərəsindən yerə düşən qadının hansı məqsədlə ora girməsini polis əməkdaşları araşdırırlar.

Qeyd edək ki, Rüfanə İbişova hadisə baş verən ünvanda 1 ilə yaxındır bir övladı ilə kirayədə yaşayır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Oxu.az

Bu yazılara da göz atın...