window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğludur.
Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
15:36
Cəlilabadda ağır avtomobil qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.
Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.