Bakıda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib – FOTO/VİDEO

by admin

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Nəticədə “Toyota” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxu.az

Bu yazılara da göz atın...