Bakıda işçidən şirkət rəhbərinə qarşı dələduzluq: Kassadan külli miqdarda pul aparıb

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakıda işçisi tərəfindən ona dələduzluq edildiyini bildirən şirkət rəhbəri Aydın Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, şirkət rəhbəri bildirib ki, MMC-də kuryer vəzifəsində işləyən 1986-cı il təvəllüdlü R.Quliyev 15 910 manat pulu kassadan yayındıraraq mənimsəyib.

Onun iddiasına görə, R.Quliyev pulu müvafiq olaraq ötən ilin dekabrından bu ilin iyul ayınadək hissə-hissə ələ keçirib. İşçisinin xeyli miqdarda vəsaiti ələ keçirdiyini bir neçə gün əvvəl müəyyənləşdirdiyini bildirən Aydın Məmmədov məsələ ilə bağlı şikayət ərizəsi yazıb.

Hazırda müraciətlə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, şirkət beynəlxalq poçt xidmətləri fəaliyyəti ilə məşğul olur.

Oxu.az

Bu yazılara da göz atın...