Bakı metropoliteninin ən ağır hidrogeoloji şəraitinə malik stansiyasından FOTOREPORTAJ

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Cəfər Cabbarlı” stansiyasının birinci yolunun yenidən qurulmasının üçüncü mərhələsi başlanıb. 

Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC qarşıdakı müddətdə təmir ardıcıllığını təmin etmək məqsədilə “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və platformasının, o cümlədən tunel geyimi və pilonlarının vəziyyətini qiymətləndirərək, tədbirlərin həcmi və miqyasını müəyyən edib.

Əsas vəzifələrdən biri sərnişinlərin “Xətai-Cəfər Cabbarlı” mənzili boyunca hərəkətinin məhdudlaşdırılmamasıdır. Bu səbəbdən stansiyanın ikinci yolu ilə “Cəfər Cabbarlı-Xətai” mənzili boyunca sərnişinlərin rahat istifadəsini təmin etmək məqsədilə vestibüldə işlər təmir prosesinin sonuncu hissəsində aparılacaq. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyanın dəmiryolu infrastrukturunun tamamlama işləri məhz həmin müddətdə yekunlaşdırılacaq.

2022-ci ilin yanvar ayında metropoliten tarixində ilk dəfə istismarda olan tuneldə – “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500 metrlik hissəsində dəmir-beton bloklardan ibarət yeni yol infrastrukturu qurularaq, 150 metrə yaxın uzunluğu olan stansiya və dalan yolunda eyni işlərə başlanılıb.

Stansiya yolu, platforma və pilonlar gücləndiriləcək. Axıntıların istiqamətləndirilməsi üçün tavanda xüsusi membran təbəqə quraşdırılacaq. Stansiya yolunun döşəməsi yenidən qurulacaq, səthinə bitum vurulmaqla hidroizolyasiyası təmin olunacaq.

Yola bitişik platformanın, eləcə də “28 May” stansiyasına keçid tunelinin döşəmə örtüyü yararlı olduğundan yalnız sıradan çıxmış üzlük daşları yenilənəcək. Tavan və divarlar, eləcə də stansiya yolunun həm də döşəmə üzlüklərinin vurulması ilə təmir işləri başa çatdırılacaq.

Bu müddət ərzində stansiyanın bu hissəsindən “28 May” stansiyasının ikinci çıxışı istiqamətində olan keçidin döşəməaltı sahəsinin müvafiq qaydada təmiri də aparılacaq.

Sonuncu tədbirlər kimi vestibül və keçidlərdə tavan və döşəmə divarları, eskalatorların maili tunel geyimi, həmçinin xidməti otaqlarda əsaslı təmir tədbirləri yerinə yetiriləcək. 

Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqlar müasir standartların tələbləri səviyyəsində yenilənəcək.

Xüsusi vurğulayaq ki, “Cəfər Cabbarlı-Xətai” mənzili Bakı metropoliteninin ən ağır hidrogeoloji şəraitinə malik olsa da, burada məkik hərəkət də infrastruktura və tunellərin vəziyyətinə təsir göstərib. Hazırda burada və “28 May” stansiyası ilə bir sıra müştərək sahələrdə sağlamlaşdırma tədbirləri çərçivəsində yenidənqurma, gücləndirmə, korroziyadan təmizlənmə və xüsusi boyaq maddəsinin vurulması, axıntıların ləğv edilməsi, yararsız boltların dəyişdirilməsi, abadlaşdırma və s. işlər davam etdirilir. 

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Oxu.az

Bu yazılara da göz atın...