Bərdədə şəhid ailəsinin evi yandı – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bərdədə fərdi yaşayış evində güclü yanğın baş verib. Dördotaqlı ev içərisində olan əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Trend xəbər verir ki, rayonun Alpout kəndində yerləşən həmin ev şəhid ailəsinə məxsusdur.

Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini Nazilə Zeynalovaya məxsus fərdi yaşayış evi elektrik naqillərində baş verən qısaqapanma səbəbindən yanıb. Hadisə yerinə dərhal FHN-in Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də, ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı şəhid ailəsinə küllü miqdarda ziyan dəyib.

Qeyd edək ki, şəhid İlham Abdullayev Birinci Qarabağ münaqişəsində Füzuli və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Fərdi yaşayış evində baş verən yanğınla bağlı araşdırmalar aparılır.

Oxu.az

Bu yazılara da göz atın...