Azərbaycanın ən qədim məkanından iki ton metalı qanunsuz topladılar – FOTO/VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar.

Avtomobilə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları, çəkisi iki ton olan metal tullantılar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Oxu.az

Bu yazılara da göz atın...