“Rusiya ilə geniş əlaqəmiz olduğu üçün prinsiplərimizi və Ukrayna ilə əlaqəmizi yox saymayacağıq”.
Xeberleraz.com Metbuat.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər Naziri Mövlud Çavuşoğlu deyib.
O deyib ki, belə çətin anlarda ruhu və milli təhlükəsizlik nə tələb edirsə, onu edəcəklər:
“Bu, çətin işdir, lakin diplomatiya bunun üçündür”.