Rusiya və Çin liderləri birgə BƏYANAT İMZALAYIBLAR

by xeberleraz
Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin birgə bəyanat imzalayıblar.
XEBERLERAZ.COM TASS-a istinadən xəbər verir ki, sənəd beynəlxalq münasibətlər və qlobal davamlı inkişafı nəzərdə tutur.
Həmçinin birgə bəyanatda tərəflərin ABŞ, Böyük Britaniya və Avstraliyanın AUKUS assosiasiyasının yaradılmasından ciddi narahatlığı ifadə olunub.
Qeyd edək ki, ötən il ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli – AUKUS tərəfdaşlığının yaradıldığını bəyan etmişdilər. Bu tərəfdaşlıq çərçivəsində ilk böyük təşəbbüs Avstraliya üçün atom sualtı qayıqlarının hazırlanması haqqında bəyanat olub.

Bu yazılara da göz atın...