Home SİYASƏT Lavrovdan Türkiyəyə SƏRT MESAJ

Lavrovdan Türkiyəyə SƏRT MESAJ

by admin
6 views

Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaranı Ukraynanın “hərbi hissləri artırması” mövzusunda xəbərdar edib.

KAİM.az “Sia.az”a istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Lavrov “Argumenti Faktu” qəzetinə verdiyi müsahibəsində deyib: “Türk həmkarlarımızın vəziyyəti diqqətlə təhlil etmələrini və Kiyevin militarist hisslərini alovlandırmasının dayandırmalarını tövsiyə edirik. Ukraynanın Krıma qarşı təcavüzkar hərəkətlərini təşviq etmək Rusiyanın ərazi bütövlüyünün pozulması deməkdir. Türkiyə Kiyevi həvəsləndirməməli və münasibətini dəyişdirməməlidir. Ümid edirik ki, Ankara qanuni narahatlığımıza görə öz xəttini düzəldəcək”.

Qeyd edək ki, NATO üzvü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçən ay Rusiyanın Ukrayna sərhədinə qoşun yeritdiyi zaman Kiyevi dəstəkləyəcəyinə söz verdi. Bununla birlikdə Ərdoğan, Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində işbirliyinin üçüncü ölkələrə qarşı olmadığını bildirib.

Bu yazılara da göz atın...