Home SİYASƏT İlham Əliyev Vladimir Putinə başsağlığı VERDİ

İlham Əliyev Vladimir Putinə başsağlığı VERDİ

by xeberleraz
45 views

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Xeberleraz.comun  məlumatına görə, mətndə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Bu yazılara da göz atın...