Home SİYASƏT Baş nazir Artur Rasi-zadə də İSTEFAYA GÖNDƏRİLDİ – SON DƏQİQƏ

Baş nazir Artur Rasi-zadə də İSTEFAYA GÖNDƏRİLDİ – SON DƏQİQƏ

by admin
5 views
Parlamentdə plenar iclas keçiriləcək. İclasda Azərbaycanın yeni Baş nazirinin təsdiqlənəcəyi gözlənilir. Mediada ən çox müzakirə olunan mövzu kimin Baş nazir seçiləcəyidir?
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Faktor.Az-a açıqlamasında bildirib ki, bu vəzifəyə ən real ad Birinci vitse – Prezident Mehriban Əliyevadır. “Çünki Nazirlər Kabineti PA-nın bir hissəsidir. Söhbət əgər struktur islahatlarından gedirsə, bu iki qurum arasında əlaqələr sıxlaşdırılmalıdır. Yəni, ABŞ-da olduğu kimi vitse prezident hökumətin başçısıdır”.
Politoloq daha sonra qeyd edib ki, ikinci bir ehtimal, Samir Şərifovun Baş nazir təyin edilməsidir. Çünki, 19 preldən baş nazir Artur Rasi-zadə istefaya göndərilib. 21 apreldə keçiriləcək iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi bildirilir. paytaxt.org

Bu yazılara da göz atın...