ABŞ-dan Azərbaycana ŞOK ADDIM: “arsax”a yardım ayırmaq istəyirlər

by xeberleraz

Ermənipərəst konqresmenlər ABŞ Konqresinin 2022-ci maliyyə ili üçün qanun layihəsinə Qarabağdakı qondarma “arsax”da minaların təmizlənməsinə görə” yardımın daxil edilməsinin salınmasını gündəmə gətiriblər.

Kanal.az xəbər verir ki, sözügedən məsələni 34 konqresmen dəstəkləyib.

Ermənipərəst konqresmen Anna Eşu bəyan edib ki, 2020-ci ildə Azərbaycan və Türkiyə Ermənistana qarşı əsassız müharibəyə başlayıb. Bu müharibə 6000-dən çox insanın həyatına son qoyub və ən azı 90 000 etnik erməninin didərgin düşməsinə səbəb olub. Eşu onu da vurğulayıb ki, bölgədə minlərlə partlamamış hərbi sursat qalıb və evə qayıtmaq istəyən ailələr üçün ölümcül təhlükə yaradır.

Anna Eshoo - Wikipedia

Anna Eşu

ABŞ Konqresində heç bir dövlətin tanımadığı, Azərbaycanın suveren ərazisində hansısa qondarma quruma maliyyə dəstəyi ayrılması ilə bağlı məsələnin müzakirəyə çıxarılması Bakıya qarşı demarş da hesab oluna bilər. Azərbaycanın razılığı olmadan belə birtərəfli addım atmaq beynəlxalq hüquqa da ziddir.

Üstəlik, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi müharibə az qala işğal kimi qələmə verilir ki, bu da qələbəmizi tanıyan ölkələrə də bir mesajdır. Daha bir məqam, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər orada on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən bəri isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında “arsax”a maliyyə dəstəyi ayırmaq “cidanı çuvalda gizlətmək cəhdidir”. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi məqsədilə ayrılır. O da aydındır ki, qondarma rejimə dəstəklə birbaşa separatizmə qahmar çıxmış olurlar. Bu da ABŞ dövlət siyasətinə tam zidd təşəbbüslərdir. Əlbəttə, ermənipərəst konqresmenlər kifayət qədərdir və onlar zaman-zaman bu cür təkliflərlə, qətnamələrlə çıxış ediblər. Lakin Qarabağdakı separatçı rejimin müstəqilliyini heç Ermənistan belə tanımadığı halda Konqresin gündəminə “arsax”a maliyyə ayırmağı gündəmə gətirmək absurddur. Üstəlik, Ermənistan tərəfi bizə minaların xəritələrini təqdim edir, yəni o deməkdir ki, azad etdiyimiz ərazilərdə ermənilər minalar basdırıblar, amma Konqresdə oturan bəziləri isə Xankəndində oturanların dərdini çəkir. Elə bugünlərdə sülhməramlılar da Ağdərə ərazisində minaların təmizlənməsi işində ermənilərə dəstək vermişdi. Belə məlum olur ki, hətta özlərinin yaşadıqları yerləri də minalayıblar.

Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Elman Nəsirov

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bu məsələyə sərt reaksiya verdi. E.Nəsirovun sözlərinə görə, ABŞ Konqresində Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və 220-dən çox üzvü var. Deputat qeyd etdi ki, onlar hər il qondarma rejimə əlahiddə maliyyə yardımı ayırıblar: “Həm Ermənistana, həm separatçı rejimə pul dəstəyi olub. Azərbaycan tərəfi həmişə məsələni qaldırıb, etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. Üstəlik, nəzərə alsaq ki, Amerika həmsədr ölkədir, o zaman bu davranış qətiyyən qəbuledilməzdir”.

Deputat bildirdi ki, qondarma 2020-ci il sentyabrın 27-dək fəaliyyət göstərirdi: “10 noyabrda Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Əslində 10 noyabr sənədinə  əsasən separatçı rejimin olan-qalan tör-töküntüləri ərazini tərk etməlidirlər, təəssüf ki, bu bəndi icra etmirlər. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və ABŞ Konqresi qondarma rejimə yardım ayırarsa, o zaman separatizmin dəstəklənməsi anlamına gələcək. Bunu kim edir? Həmsədr ölkənin Konqresi… Amerikalılar özləri buna nonsens deyərdilər. ABŞ rəsmiləri düşünsünlər ki, belə addımlara Azərbaycan ictimaiyyəti necə reaksiya verəcək?”

Deputatın fikrincə, bütün bunlar Minsk Qrupunun buraxılmasını tamamilə həyati tələbata çevirir: “Bu cür riyakar hərəkətlərin adı yoxdur. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib, Amerika zəhmət çəksin, sərhədlərin dəqiqləşdirilməsi işinə, iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası məsələsinə dəstək versin, daha separatizmə yox…”

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı 

Müxalifətdə olan AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, həmsədr ölkələr bu məsələnin yekun həllini istəmirlər. Partiya liderinin sözlərinə görə, hər üç ölkə süni şəkildə yaradılmış konfliktin uzanmasına çalışır: “Konqresdə bu qəbildən təkliflərin səslənməsi də separatizmin mövcudluğunu, ömrünü uzatmağa hesablanmış siyasətdir. Bu da ABŞ-Azərbaycan əlaqələrinə xələl gətirən təşəbbüslərdir. Vaşinqton artıq seçim etməlidir – ”arsax”ın, yoxsa Bakının yanındadır…”

T.Abbaslının fikrincə, Azərbaycan nəzəri olaraq terrorçu PKK-ya, yaxud İŞİD-ə dəstək üçün maliyyə ayırsa, Amerika bu addımı kəskin şəkildə pisləyəcək: “O zaman terrorçu yuvasına çevrilən həmin ərazilərdə qalan ”arsax”a hansı məntiqlə minaların təmizlənməsi üçün maliyyə ayrılmasının gündəliyə salınması təklifi səsləndirilir? Əgər ABŞ minaların təmizlənməsinə görə dəstək vermək istəyirsə, Azərbaycana maliyyə ayırsın və biz də bu addımı alqışlayaq. Ümumiyyətlə, Bakı qondarma rejimlə bağlı sərt tələblər qoymalıdır və həmsədr ölkələr qarşısında məsələ qaldırmalıdır. Çünki həddi aşan, separatizmi himayə edən hərəkətlərə yol verilir. Bizim Xarici İşlər Nazirliyinin də məsələyə reaksiyasını gözləyirik. Artıq Qarabağın dağlıq ərazisində olan terrorçuların oradan təmizlənməsi üçün konkret addımlar atılması istənilməlidir. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətləri var, müxtəlif sahələrdə, o cümlədən hərbi müstəvidə əməkdaşlıq edilir və bu halda Konqresdə separatçılara dəstək çağırışları yolverilməzdir”.

Bu yazılara da göz atın...