Pulu oğurlanan ABD Malik: “Gördüm ki, üzüm görünən video var” – YENİLƏNİB + FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Keçmiş “Dəyirman” qrupunun üzvü Malik Kələntərli üzləşdiyi dələduzluqla bağlı açıqlama verib.

Oxu.Az-a danışan Malik ilk dəfədir ki, başına belə bir iş gəldiyini və hazırda məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

“Instagram”da mənim profil adıma oxşar bir profil mesaj yazdı. Girdim ki, baxım görüm nə yazıb. Gördüm ki, mənim üzüm görünən bir video var. Bəzən olur ki, pərəstişkarlarım nələrsə göndərirlər. Baxdım videoya, açıldı, sonra isə itdi. Haradasa dəqiqə yarımdan sonra mesaj gəldi ki, hesabınızdan pul çıxıldı. Hələ ki bankla araşdırma gedir. Bəlkə, bankda nəsə problem olub, bu hadisə ilə üst-üstə düşüb. Ümumiyyətlə, şəhərdə dələduzluq halları çoxdur, diqqətli olmaq lazımdır. İlk dəfədir ki, başıma belə iş gəlir”, – deyə vurğulayıb.

16:48

Keçmiş “Dəyirman” qrupunun üzvü, “ABD Malik” təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərlinin pulu oğurlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat paylaşıb.

İfaçı bank kartından qeyri-qanuni yolla pul çıxarıldığını vurğulayıb:

“Mənim profilimin adından, ya da ona oxşar adlarla sizə dostluğa sorğu gələ bilər. Açmayın. İçində videofayl açaraq kartımdan 546 manat oğurladılar”.

Sözügedən paylaşımı təqdim edirik:

Dilşad Bəhruzqızı

Oxu.az

Bu yazılara da göz atın...