window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Britaniyanın futbol ulduzu, bir vaxtların əfsanəvi yarımmüdafiəçisi Devid Bekhem həyat yoldaşı Viktoriya ilə bir-birlərində qıcıq yaradan xasiyyətlərindən danışıb.
Onun sözlərinə görə, Viktoriya keçmiş futbolçunun boğazını öskürəklə təmizləmək vərdişini sevmir.
Bekhemə gəlincə isə o, xanımının pintiliyindən şikayət edib.
“Mən çox təmizkaram, o isə yox. Mən səliqəliyəm, o deyil. O hərdən çimir”, – deyə futbolçu gülərək bildirib.
“İnsanlar həmişə geyimimə, saçıma və ya döymələrimə Viktoriyanın təsir etdiyini düşünürlər, lakin mən dəbi sevirəm”, – deyə Bekhem əlavə edib.
Qeyd edək ki, “Mançester Yunayted”, “Real” və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem 1999-cu ildən model və “Spice Girls” qrupunun üzvü Viktoriya ilə evlidir, cütlüyün üç oğlu və bir qızı var.
Mənbə: Sports.ru