Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı özündən çıxdı – FOTO/VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Oxu.Az xəbər verir ki, aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq… Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, – deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüz mü?” deyə sual verib. Anar isə təəccübünü gizlədə bilməyib və “yox, babam 1937-ci ildə güllələnib”, – deyə bildirib. Aparıcının məlumatsızlığı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.

Sözügedən paylaşımları təqdim edirik:

Dilşad Bəhruzqızı

Oxu.az

Bu yazılara da göz atın...