Türkiyə ilə ABŞ arasında Ermənistan MÜZAKİRƏSİ…

by xeberleraz

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı baş tutub.

Xeberleraz.com xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-siyasi əlaqələr və müdafiə sənayesinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

Bundan əlavə, qeyd olunub ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

Bu yazılara da göz atın...