Home banner Saxta diplomlu müdir: MASALLI TƏHSİLİNDƏ ƏLİ BAXIŞOV BİABIRÇILIĞI – müraciət

Saxta diplomlu müdir: MASALLI TƏHSİLİNDƏ ƏLİ BAXIŞOV BİABIRÇILIĞI – müraciət

by admin
17 views

Belə “kadr”ları təhsil sahəsindən necə uzaqlaşdırmaq olar?

Paytaxt.org bildirir ki,  Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur. Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərə rast gəlmək olar ki, bunu Təhsil Nazirliyində də etiraf edirlər. Amma nazirlikdə bildirirlər ki, sözügedən qurum tərəfindən saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparılır.

Paytaxt.org-un  elektron ünvanına göndərilən məlumat iddia olunur ki, Baxışov Əli Yusif oğlu Masallı rayon Əli Bəylərov adına Xıl kənd tam orta məktəbində müavin vəzifəsində çalışır.  Baxışov Əli Yusif oğlunun Dil-ədəbiyyat diplomu saxta olduğunu bildirilir.  Baxışov Əli Yusif oğlu 15 ildi saxta diplomla müdür vəzifəsində çalışır.  Buda ölkə qanularına ziddi və cinayət sayılır.

Beləki, Təhsil Ekspertinin məsələ ilə bağlı paytaxt.org-a bildirdiyinə görə, “hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, 15 ildi saxta diplomla müdür vəzifəsində çalışan  Baxışov Əli Yusif oğlunu bundan sonra hansı cəza gözləyir deyə bilmərik. Görünən o ki, Ə.Baxışov bu illər ərzində dövlətə 100 min manatlarla ziyan vurub.

 

Araşdırma davam edir.

Qarşı tərəfində mövqeyini dinləməyə  hazırıq.

Bu yazılara da göz atın...