Home banner Hüseyn Bağırov, Yavər Camalov da İSTEFAYA GÖNDƏRİLDİ: Müdafiə Sənayesi və Ekologiya nazirliyi başsız qaldı – ŞOK

Hüseyn Bağırov, Yavər Camalov da İSTEFAYA GÖNDƏRİLDİ: Müdafiə Sənayesi və Ekologiya nazirliyi başsız qaldı – ŞOK

by admin
15 views

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov istefa verib. Bu barədə Sfera.az-ın əldə etdiyi məlumata görə, nazir öz ərizəsi ilə nazirlik postundan imtina edib.

Paytaxt.org-un əldə etdiyi digər məlumatda isə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov da işdən çıxarıldığı bildirirlir. Yaxın günlərdə bu postlara da digərləri kimi təyinatlar olacağı, daxil olan məlumatlar arasında yer alır.

Qeyd edək ki, hökumətin tərkibi haqqında sərəncama əsasən, bəzi nazirlik və dövlət komitələrinə təyinat həyata keçirilməyib.

Bura Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Gömrük komitəsi daxildir. Əldə edilən ən son məlumata görə, işdən çıxarılan və işində qalan bəzi nazirlərin və komitə rəhbərlərinin də aqibəti yaxın vaxtlarda bəlli olacaq. Bizi izləyin…

Bu yazılara da göz atın...