Ermənistanda HƏYƏCANLI ANLAR: bütün qüvvələri səfərbər etdilər

by xeberleraz
Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvandakı Zvartnots hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Xeberleraz.com publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin FHN-nin mətbuat xidməti məlumat yayıb.

“Partlayıcı qurğu ilə bağlı məlumat Zvartnots hava limanının rəhbərliyindən alınıb. Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri gedib”, – məlumatda deyilir.

Cihazın axtarışı davam edir. Nazirlik vəziyyətin inkişafı barədə əlavə məlumat verəcəyini vəd edir.

Bu yazılara da göz atın...