Home QAFQAZ XƏBƏRLƏRİ ŞOK AÇIQLAMA – ​Ermənistanın təxribatının arxasında Rusiya dayanır

ŞOK AÇIQLAMA – ​Ermənistanın təxribatının arxasında Rusiya dayanır

by admin
6 views

Ermənistanda seçkilər yaxınlaşdıqca dövlət sərhədində silahlı təxribatları davam etdirir. Kəlbəcərdə Ermənistanın diversiya qrupunun mina basdırılmasını həyata keçirməsi, müharibənin İrəvan tərəfindən bitmədiyini göstərir.

KAİM.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, ermeni siyasi dairələrində, hərbi elitada N.Paşinyana qarşı yeni ssenarilər hazırlanır:

”Bundan əlavə, bu təxribatların arxasında Azərbaycana qarşı bu hücumda N.Paşinyan hakimiyyəti dayanır. Çünki orduya nəzarət edə bilmir, Rusiya Ermənistan ordusunda bu kimi senarilərin yaradılmasına rəvac verir ki, iki ölkə arasında münasibətlərin qurulması baş verməsin”.

M. Əsədullazadə deyib ki,10 noyabr və 11 yanvar razılaşmaları konkret olaraq Rusiya və Ermənistan tandemi tərəfindən sabotaj edilir:

”Əgər seçkilərdə N. Paşinyan hakimiyətə qayıda bilməyəcəksə, Ermənistanla müharibəyə hazır olmalıyıq. Rusiya çalışacaq ki, Azərbaycana təzyiq etmək və öz orbitinə çəkmək üçün belə bir lokal müharibədə maraqlı olsun. Hər həftə Rusiya müdafiə naziri S.Şoyqu Ermenistan müdafiə naziri Vaqarşak Arutunyanla telefonla danışır. Bu, onu göstərir ki, Rusiya Ermənistan ordusunun qurulmasında və taktiki əməliyyatlar üçün hazırlayır”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfinə mina basdırılmasına cəhd planlı bir şəkildə məhz ən yüksək səviyyədə təşkil olunduğu şübhə doğurmur:

”Rusiya bununla göstərmək istəyir ki, Azərbaycan ərazilərini işğaldan azad etsə də, müharibə başa çatmayıb. Ermənistan ordusunu yenidən komplektləsdirməklə, bu kimi təxribatlarla təzyiq etmək gücündədir. Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına çalışır. Azərbaycanı KTMT üzv etmək belə bir diversiya hallarını artıracaq”.

Siyasi şərhçi qeyd edib ki, Ermenistan tərəfindən bu kimi təxribatların davam etməsi gözlənilir. Müharibədə darmadağın olan erməni ordusu yenidən hazırlanması bu kimi diversiya halları ilə özünü biruzə verir:”Ermənistanla sülh müqaviləsi mümkün deyil və N. Paşinyan hakimiyətdə qalacaqsa, Moskva əldə edilən razılaşmaları reallaşmasına imkan verməyə bilər. Çünki regionda Türkiyənin rolu artır və bu prosesdə Paris, Moskva və Tehran narahatdır.

Hazırda üç ölkə Ermənistanın sərhəddə bu təxribatlarında maraqlıdırlar”.

”Ermənistan satallet ölkədir. Bu ölkənin idarəetməsi öz hakimiyyətindən asılı deyil. Ona görə də Azərbaycan Ermənistanla münasibətlərin qurulmasına hazırlaşmasın. Müharibəyə və sərhədlərinin təhlükəsizliyinə hazırlaşsın”.

Bu yazılara da göz atın...