Home QAFQAZ XƏBƏRLƏRİ “Mehrini vermək Ermənistanın ayaqlarını qırmaq deməkdir” – Erməni nazir HƏYƏCANLANDI

“Mehrini vermək Ermənistanın ayaqlarını qırmaq deməkdir” – Erməni nazir HƏYƏCANLANDI

by admin
2 views

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri Henrix Koçinyan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı açıqlama verib.

KAİM.az bildirir ki, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Koçinyanın sözlərinə görə, hadisələrin gedişatı onu qorxudur ki, azərbaycanlılar dəhlizin Mehridən deyil, Sisiandan (Zəngəzurdan) keçməsi barədə düşünürlər. Eks-nazir iddia edib ki, bu yol iqtisadi cəhətdən Azərbaycan üçün daha əlverişlidir. “Onlar artıq hədəf olaraq bu istiqaməti seçiblər – Qaragölü”, Koçinyan deyib.

Onun iddiasına görə, bu halda Azərbaycan Zəngəzurun böyük bir hissəsini kəsəcək. Odur ki, erməni nazir bildirib ki, istənilən sənəddəki “dəhliz” ifadəsini dərhal kəsmək lazımdır. Qeyd edib ki, ancaq iki ölkənin müqavilə imzalaması halında tranzit yoldan söhbət gedə bilər. Cəfəngiyyatlarını davam etdirən sabiq nazir sərsəmləyərək deyib ki, əgər Mehri dəhlizindən söhbət gedirsə, o halda niyə Naxçıvandan keçməklə Ermənistana dəhliz olmamalıdır?

27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində güllələnən keçmiş baş nazir Vazgen Sarkisyanın bir gün Mehri İrəvanda “partlayacaq” fikri ilə bağlı danışan Koçinyan deyib: “Artıq kibrit çəkilib və naqilə yaxınlaşdırılıb. Bircə qığılcım yetər. Sarkisyan artıq 10 dəfə tabutda çevrilib. Təəccüblənirəm ki, Ermənistanda Mehrinin dəyərini başa düşməyən adamlar var. Mehrini vermək Ermənistanın ayaqlarını qırmaq deməkdir”.

Bu yazılara da göz atın...