Home QAFQAZ XƏBƏRLƏRİ “Ermənistanla sərhəd problemi yalnız bu tarixdə öz həllini tapa bilər…” – PROQNOZ

“Ermənistanla sərhəd problemi yalnız bu tarixdə öz həllini tapa bilər…” – PROQNOZ

by admin
4 views

Zərdüşt Əlizadə: “Rəsmi İrəvanın öz istəyini həyata keçirmək üçün nə gücü, nə də imkanı var”

Son vaxtlar Ermənistan tərəfinin dövlət sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlərdə süni problemlər və gərginliklər yaratmağa səy göstərməsi müşahidə edilir.

KAİM.az xəbər verir ki, bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Ermənistanla sərhəd probleminin məğlub ölkədə seçki prosesi yekunlaşandan sonra nəticə verəcəyini qeyd edib:

“Təbii ki, müharibədə məğlub olan və bu gün də ağır vəziyyətdə olan Ermənistanın öz istəklərini həyata keçirməsi, Azərbaycana hansısa məsələdə təzyiq göstərməsi üçün hər hansı gücü və imkanı yoxdur. Bu, hər kəsə məlum olan bir həqiqətdir. Ancaq hesab edirəm ki, Ermənistanla sərhəd məsələləri yalnız bu ölkədə seçki prosesi başa çatandan sonra öz həllini tapacaq. Çünki hazırda Ermənistanda seçkiöncəsi vəziyyətdir və xeyli gərginlik müşahidə edilir. Yalnız seçkidən sonra Ermənistanda normal, stabil bir hökumət formalaşarsa, o zaman sərhəd məsələsi ilə bağlı danışıqlar da öz müsbət nəticəsini verə bilər. Lakin istənilən halda Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan bütün öhdəlikləri icra etməyə məcbur olacaq. Rəsmi İrəvan üçün başqa yol yoxdur”.

Bu yazılara da göz atın...