Home QAFQAZ XƏBƏRLƏRİ Ermənistan Türkiyə ilə sərhəddə “Su-30SM” rus qırıcılarını HAVAYA QALDIRDI

Ermənistan Türkiyə ilə sərhəddə “Su-30SM” rus qırıcılarını HAVAYA QALDIRDI

by admin
8 views
““Su-30SM” qırıcıları Ermənistan-Türkiyə sərhədi yaxınlığında görünüb. Ermənistan hazırda bilinməyən şərtlər altında ağır “Su-30SM” qırıcılarını havaya qaldırıb”. 
KAİM.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Avia.pro saytı məlumat yayıb.
Rusiya istehsalı olan qırıcılar, görünür, Ermənistan-Türkiyə sərhədləri bölgəsində Türkiyənin hava hücumundan müdafiə sistemlərinin fərqinə varmaması üçün aşağı hündürlükdə uçarkən görülüb.
Mənbənin verdiyi məlumata görə, erməni qırıcılarının uçuşları Türkiyə sərhədindən təxminən 10 kilometr məsafədə həyata keçirilib. Və təfərrüatları barədə məlumat verilməsə də, Qarabağda bu yaxınlarda sona çatan silahlı qarşıdurma dövründən bəri “Su-30SM” qırıcılarının ilk təlim uçuş və hava döyüşləri həyata keçiridiyi görünür. Çünki  Ermənistan Hava Qüvvələri heç vaxt bu qırıcılardan ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün istifadə etməyib.  Baş nazir Nikol Paşinyan  bunu Rusiyadan alınmış döyüş təyyarələrinin raketsiz qalması ilə əlaqələndirmişdi.
Avia.pro mənbələri görüntülərin bu yaxınlarda çəkidiyini və  bunun  “Su-30SM” qırıcılarının Türkiyə ilə sərhəd yaxınlığında ilk uçması hadisəsi olduğunu, lakin dəqiq tarixinin açıqlanmadığını bildirib.

Bu yazılara da göz atın...