“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi! – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq.

“Veysəloğlu” Şirkətlər Qrupu Almaniyanın “Rossmann” markası ilə birgə layihə çərçivəsində Bakıda ilk mağazanın açılışını etdi. 2022-ci ildə “Veysəloğlu-Rossmann” MMC şirkətini yaradan “Veysəloğlu” Şirkətlər Qrupu “Rossmann” şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarının xüsusi mağazalar vasitəsilə satışını nəzərdə tutur. Mağazalar “Rossmann” brendi altında fəaliyyət göstərəcək. Beləliklə, “Veysəloğlu” alman keyfiyyətini müştəriləri üçün əlçatan edəcək.

“Rossmann”ın ilk mağazası Bakının Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 162 (“İnşaatçılar” metrostansiyasının çıxışı) ünvanında yerləşir.

Açılışda “Veysəloğlu” Şirkətlər Qrupunun İdarə Heyətinin nümayəndəsi Vüsal Şərifov, “Rossmann” şirkətinin, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin və Alman-Azərbaycan Ticarət Palatasının (AHK) rəsmiləri iştirak etdilər. “Rossmann” şirkətinin təmsilçisi Marek Karasch: “Biz tanınmış qrup olaraq Azərbaycanda ilk mağazamızın açılmasından çox məmnunuq. Ümid edirik ki, “Veysəloğlu”​ Şirkətlər Qrupu ilə əməkdaşlığımız uzunmüddətli və faydalı olacaq”.

Öz növbəsində “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Vüsal Şərifov bunları vurğuladı: “Şirkətlər Qrupumuzun missiyası ölkə iqtisadiyyatı və istehlakçılarımız üçün dəyər yaratmaqdır. Düşünürük ki, tanınmış və keyfiyyətli markanın Azərbaycana gətirilməsi və bu markaya məxsus olan alman keyfiyyətli məhsulların alıcılarımıza sərfəli qiymətə təklif olunması elə məhz bu fəlsəfəyə xidmət edir”.

Hazırda Bakıdakı mağazada 8000-nə yaxın məhsul çeşidi var, yaxın gələcəkdə həm mağaza sayı, həm də məhsul çeşidi artacaqdır. Növbəti mağaza Bakı Dövlət Universitetinin yaxınlığında əhalinin istifadəsinə veriləcək.

Hansı məhsullar satılacaq?

İlk vaxtlarda “Rossmann” mağazalarında iki növ məhsul təqdim ediləcək: 1) Məhdud sayda “Nivea” və “Ariel” kimi bazarda mövcud olan qlobal markaların məhsulları; 2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.

“Rossmann”ın tarixçəsi

“Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya, Kosovo və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.

“Veysəloğlu” Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Oxu.az

Bu yazılara da göz atın...