Gəncədə 4 ulduzlu “VIS PALM” hotelin açılışı olub – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İyunun 15-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə Biznes “VIS PALM” Hotelin açılışı olub. Açılış mərasimində Kəpəz Rayon İcra hakimiyyətinin başçısı Eldəniz Xudiyev və bir sıra tanınmış şəxslər iştirak ediblər. İcra hakimiyyətinin başçısı hotel rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb ki, Prezidentin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin ölkədəki iqtisadi–sosial sabitlik, paytaxt Bakı ilə yanaşı, regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Həmçinin bu gün dövlət başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Gəncə şəhəri gündən-günə daha da inkişaf edir, beynəlxalq turizm mərkəzinə çevrilib. 

Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar. 

Müasir, dörd ulduzlu zəriflik təklif edən “VIS PALM” Hotel biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün yüksək standartlar təklif edir. Ultra müasir üslubda inşa edilən hotel 6 mərtəbədən və müxtəlif kateqoriyalara aid 51 otaqdan ibarətdir. Onların hər birində qonaqların özlərini maksimum rahat hiss etmələri üçün hər bir şəarait yaradılıb.

 

Oxu.az

Bu yazılara da göz atın...