Xarici İşlər Nazirliyində Malayziya səfiri ilə görüş keçirildi – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

15 sentyabr 2022-ci il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yubazlan bin Yusofu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, Malayziya səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir müavini Elnur Məmmədov, səfir Yubazlan bin Yusofun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib.

Nazir müavini 2022-ci ilin 15 iyul tarixində Kuala Lumpur şəhərində keçirilmiş Azərbaycan-Malayziya XİN-lərarası siyasi məsləhətləşmələrinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

E.Məmmədov Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın hər zaman dəstək verdiyini vurğulayıb. Nazir müavini görüş zamanı Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklə bağlı danışıb və Ermənistanın bu təxribatının bölgədə sülh quruculuğu səylərinə xələl gətirdiyini söyləyib.

Öz növbəsində səfir Yubazlan bin Yusof Azərbaycana qarşı hərbi təxribat nəticəsində 71 hərbi qulluqçunun həlak olmasına görə başsağlığı verərək, yaralanların tezliklə şəfa tapmasını diləyib. O, toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Səfir Y.Yusof iki ölkə arasında iqtisadi, humanitar, təhsil və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli gündəliyin bir çox sahələri üzrə əlaqələrin inkişaf etdirilməsi üçün perespektivlərin mövcud olduğunu qeyd edib.

Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşün sonunda nazir müavini E.Məmmədov səfir Y.Yusofa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Oxu.az

Bu yazılara da göz atın...