Şuşada “Xarıbülbül” festivalının ikinci günü: Nələr olacaq?

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

Oxu.Az-ın məlumatına  görə, bu gün kiçik səhnə və Cıdır düzündə üç konsert təşkil olunacaq.

Saat 11:00-da kiçik səhnədə Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın “Trigaida” qrupu çıxış edəcəklər.

14:30-da isə Cıdır düzündəki böyük səhnədə Əməkdar artist xanəndə Qoçaq Əsgərov və tarzən Arslan Növrəslinin etno-caz qrupu, eləcə də “Cəngi” estrada folklor ansamblı tamaşaçılar qarşısına çıxacaqlar.

Saat 16:00-da isə yenidən kiçik səhnə musiqisevərləri toplayacaq. Burada “Colors of Pakistan” (Pakistan) və Özbəkistanın “Baxor” dövlət ansamblı çıxış edəcəklər.

Qeyd edək ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı dünən, mayın 12-də baş tutub. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olun festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.

Oxu.az

Bu yazılara da göz atın...