Suqovuşanda ilk beynəlxalq yarışın açılış mərasimi keçirildi – FOTO/VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Tərtərin Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatası start götürüb.

Oxu.Az-ın Suqovuşana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.

Qarabağ üzrə xüsusi nümayəndə Emin Hüseynov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülənt Ərən, Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze yarışdan öncə çıxış edib. Gənclər və idman naziri Fərid Qayıbov isə iştirakçı ölkələrin təmsilçilərini salamladıqdan sonra yarışı açıq elan edib.

Bundan sonra bədii hissəyə keçid alınıb.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

Onlar 1 nəfərlik kanoe, 1nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Səbuhi Musa

Oxu.az

Bu yazılara da göz atın...