Rusiyalı diplomatlar Tokioda əfsanəvi bakılı kəşfiyyatçının məzarını ziyarət etdilər – FOTO/VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiyalı diplomatlar Yaponiyanın Tokio şəhəri ətrafındakı “Tama Reien” qəbiristanlığında bakılı əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin məzarı üzərinə gül dəstələri qoyublar.

Mərasimdə Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin, Rusiyanın diplomatik missiyasının və ticarət missiyasının əməkdaşları, Belarus, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın səfirləri iştirak ediblər.

Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib.

Yaponiyada jurnalist adı altında xəfiyyə kimi fəaliyyət göstərən Rixard Zorge SSRİ-ni Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumatlandırıb.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib.

Mənbə: RİA Novosti

Oxu.az

Bu yazılara da göz atın...