Qazax politoloq: “Ermənistan qisas almaq və əhalinin etimadını yüksəltmək üçün diqqət çəkmək istəyir” – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Şübhəsiz ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr MDB məkanında narahatlıq doğurur. Belə gərgin vəziyyətlər əvvəllər də olub, lakin bu dəfə Ermənistan tərəfi yaranmış vəziyyətdən çıxmaq üçün KTMT-dən rəsmən kömək istəyib. Ancaq KTMT-nin bu işə qarışacağını düşünmürəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Beynəlxalq İT Universitetinin Qazaxıstan Tarixi və Media Kommunikasiyaları kafedrasının professoru Saken Mukan deyib. Qazax politoloqun sözlərinə görə, İrəvanın fikrincə, müraciət faktının özü artıq dünya ictimaiyyətinə göstərir ki, qanunla müəyyən edilmiş hüquqi mexanizmlərdən istifadə etməyin vaxtı çatıb. Ancaq belə deyil: 

“Bu yaxınlarda edilən müraciətdən sonra, bildiyiniz kimi, dövlət başçıları KTMT nümayəndələrini münaqişə zonasına göndərməklə obyektiv qiymətləndirmə aparılmasına qərar verdilər. Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə, gərginliyin artması konstruktiv dialoqa gətirib çıxarmayacaq, çünki iki ölkə arasında delimitasiya edilmiş sərhədlər yoxdur. Qazaxıstan hər iki münaqişə tərəfi ilə dostluq əlaqələri saxlayaraq sərhədlərin delimitasiyası üzrə təcrübəsini tərəflər arasında tətbiq etməyə hazırdır. Çünki gərginlikdən mülki əhali əziyyət çəkir”.

Ekspert qeyd edib ki, rəsmi İrəvanın tələbi ilə KTMT sülhməramlı kontingentinin münaqişə zonasına göndərilməsi hüquqi baxımdan gündəm deyil:

“Əvvəl də dediyim kimi, erməni tərəfinin müraciətini təmin etmək üçün dəqiq delimitasiya olunmuş sərhədlər yoxdur. İndiki mərhələdə KTMT-nin bütün üzvləri Ermənistanın ərazi bütövlüyünün həqiqətən pozulub-pozulmaması ilə bağlı qiymətin verilməsini gözləyirlər. Aşkar fakt budur ki, əgər KTMT mexanizmləri Qazaxıstanda 2022-ci ilin yanvarında işə salınıbsa, o zaman hazırkı mexanizm fərqli rəy və tam tətbiq müstəvisinə malikdir, ona görə də KTMT-nin bu işə qarışacağını düşünmürəm”.

Müsahibimiz Ermənistanın diplomatik vasitələrlə diqqət çəkməyə çalışdığını vurğulayıb:

“Ermənistan tərəfi pandemiyadan sonrakı dövrdə ölkə daxilində bütövlükdə qisas almaq və əhalinin etimadını yüksəltmək üçün informasiya hücumu edərək, diplomatik vasitələrə əl ataraq diqqəti özünə cəlb etməyə çalışır”.

Sayad Həsənli

Oxu.az

Bu yazılara da göz atın...