Prezidentin xüsusi nümayəndəsi: “Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Şuşada məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qəti iradəsi sayəsində 28 il davam edən işğala son qoyulub. Müharibə başa çatdıqdan dərhal sonra o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib.

Oxu.az

Bu yazılara da göz atın...