Müəllim: “304 nömrəli məktəb Kürdəxanıda şagird sıxlığının qarşısını alacaq” – FOTO

by admin

“Bir təhsil işçisi kimi kəndimizdə məktəb və mədəniyyət ocaqlarının açılmasına sevinirəm”.

Bunu “Report”a açıqlamasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sakini, tarix müəllimi və tarix üzrə tədqiqatçı Münəvvər Ələsgərova deyib.

O bildirib ki, qəsəbədə sakinlərin sayının gündən-günə artması yeni məktəbin açılmasını zəruri edib:

“Əhali sayı çox olduğuna görə ərazidə olan 113 nömrəli tam orta məktəbdə şagird sıxlığı müşahidə olunurdu. Bu da təhsilin keyfiyyətinə təsir edirdi. Valideynlər daha keyfiyyətli təhsil üçün uşaqlarını daha uzaq yerlərə oxumağa göndərməyə məcbur olurdular. Artıq 304 nömrəli tam orta məktəb Kürdəxanı qəsəbəsində bu sıxlığın qarşısını alacaq və şagirdlərin keyfiyyətli təhsil almasında rol oynayacaq”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində inşa edilib. Təhsil ocağı 960 şagird yerlikdir.

Oxu.az

Bu yazılara da göz atın...