Leyla Abdullayeva: “Erməni radikalların Azərbaycan səfirliklərinə hücumu ilk deyil”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil”.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, bununla daha öncə də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarışlar göndərilib.

“Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq”, – L.Abdullayeva vurğulayıb.

Oxu.az

Bu yazılara da göz atın...