İranda 22 yaşlı qızın ölümü və sonrasında baş verən “qısa qapanma”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Kubra Məhərrəmova yazır…

Britaniya yazıçısı Tomas Karleyl deyib ki, inqilabları romantiklər düşünür, fanatiklər həyata keçirir, bəhrəsini isə əclaflar yeyirlər və ya faydalanırlar. 

Ümumiyyətlə inqilab və buna oxşar hadisələr əvvəl xalqın narazılığı ilə başlayır, daha sonra isə xarici və daxili qüvvələrin bu prosesə qoşulması ilə genişlənir. Xaotik başlayan bu cür tədbirlər daha sonra təşkilatlanır və haradansa lider peyda olur. Sonrasını da bilirsiniz. Ya şah devrilir, ya da dini lider. Bir neçə gündür İranda başlayana narazılıq dalğası böyüyür, artıq yeni fazaya keçir. Bəzi politoloqlar düşünür ki, bu “qısa qapanmadır” və tezliklə hakimiyyət tərəfindən yatırılacaq. Bəziləri isə düşünür ki, bu “qısa qapanma” böyük yanğına çevriləcək. 

Açığı son 30 ildə ancaq tarixi hadisələr yaşadığımızdan artıq heç nəyə təəccüblənmirəm. Bircə yadplanetlilərin gəlməyi qalıb ki, ümid edirəm onu da görərik. Yoxsa film natamam qalar. 

Bu gün İranda yaşanan xalq narazılığının əsas səbəbi 22 yaşlı Mahsa Amininin ölümü göstərilir. İddialara görə qadın hicabı düz geyinmədiyi üçün Tehranda polis tərəfindən saxlanılıb və ona qarşı zorakılıq göstərilib, döyülüb və sonda o, komaya düşüb. Qadın saxlanıldıqdan bir neçə gün sonra vəfat edib. Onun doğulduğu Saqez şəhərində keçirilən dəfn mərasimində bəzi qadınlar etiraz olaraq hicablarını çıxarıblar. Bu etiraz artıq İranın bir sıra şəhərlərinə yayılıb. Minlərlə qadın küçələrə çıxaraq baş örtüklərini yandırır, etirazlarını bildirirlər. 40 ildən çoxdur basqı altında yaşayan İran qadınları görünür texnoloji yeniliklərin göstərdiyi müasir həyatı yaşamaq üçün çarpışırlar.

Etirazçıların şüarları dünən gecə daha aydın eşidilməyə başladı ki, bu da bir başa hökumət əleyhinə “Diktatora ölüm” kimi çağırışlar idi. Narazı kütlə siyasi liderin əksi olduğu böyük plakatları söküb. Məşhəd şəhərində keçirilən aksiyada isə etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar. Sosial şəbəkələrə yayılan görüntülərdə hüquq-mühafizə qüvvələrinin etirazçılara odlu silahlardan atəş açdığı görünür. Yaralılar və saxlanılanların olduğu barədə məlumatlar var. 

Bu narazılıq dalğasının niyə məhz indi belə böyük vüsət alması bəzi fərziyyələrin meydana çıxmasına səbəb olur. Məsələn bir neçə gündür ki, dünya mediasında İranın dini lideri Əli Xameneinin vəziyyətinin pis olması, bəzi hallarda isə ölməsi barədə məlumatlar gəzir. İran kifayət qədər qapalı ölkə olduğundan məlumatın nə qədər doğru olması barədə yalnız fərziyələr irəli sürmək olar. Bu narazılıq dalğasını əslində İranın daxilində gedən hakimiyyət çəkişməsi kimi qələmə verənlər də az deyil. Bəzi mənbələrə görə Əli Xamenei hakimiyyəti öz oğluna ötürmək istədiyindən, bu siyasi dairələrdə narazılıqla qarşılanıb. Hakimiyyətin digər qollarında isə favorit İranın ilk ali rəhbəri böyük Ayətullah Ruhullah Xomeyninin mötədil nəvəsi Həsən Xomeyni hesab olunur. Başqa namizədlərin də adı çəkilir ki, buna da hakimiyyətdaxili klanlar arasında yorğanın kimə çatacağı uğrunda savaşın başlanması demək olar. 

Qeyd edim ki, böyük Ayətullah Ruhullah Xomeyni 1979-cu il İslam İnqilabından sonra hakimiyyətə gələndə artıq 77 yaşı vardı və varislik məsələsi müzakirə olunurdu. Lakin bir müddət sonra Xomeyninin bir neçə dəfə iflic keçirməsi bu məsələnin gündəmə gəlməsi üçün zəmin yaratdı. Bu, Üləmalar Məclisi adlanan, 82 nəfərdən ibarət bir şuradır. Onların qərarı ilə ali rəhbər seçilə, vəzifədən uzaqlaşdırıla bilər. Bu 82 nəfərin ali rəhbərin işinə nəzarət etmək səlahiyyəti də var. 

Amma məğz bu deyil. Məsələ 30 il Azərbaycanın suveren ərazisi Ermənistanın işğalı altında olduğu müddətdə İran İslam Respublikasının apardığı siyasətdir. Azərbaycanın işğal altında olan ərazilərindən tranzit kimi istifadə, azərbaycanlıların orada qalmış evlərinin yağmalanması, hətta daşlarının belə İrana daşınması faktıdır.

44 günlük müharibədən sonra da İranın ədalət mövqeyindən deyil, yumşaq desək dost olmayan mövqeyindən çıxışı, Cavad Zərifin “Ermənistanın sərhədi bizim qırmızı xəttimizdir” deməsi ikrah hissindən başqa heç nə yaratmır. Amma 30 il ərzində elə İranla sərhəd olan Zəngilan, Qubadlı, Cəbrayıl ermənilər tərəfindən işğal altında saxlanılanda niyəsə İranın qələminin qırmızı mürəkkəbi bitmişdi. İranın həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla sərhədində qoşunların toplaması, hərbi təlimlər keçirilməsi, yalançı nömrələrlə yük avtomobillərinin Qarabağda müvəqqəti yerləşən erməni separatçılarına dəstək olması, “Fərmandeh” ideyalarının müstəqil Azərbaycan dövlətində yayılması kimi xəbis və Azərbaycanın müstəqilliyinə istənilən halda zərər yetirmək arzusu artıq Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanır. 

Son günlər şəhid dəfnlərində iştirak edən “qara geyimli” qadınların, “sinə vuranların” Vətən uğrunda canından keçən igid oğullarımızın adının deyil də, dini şüarlar səsləndirməsi, İslam peyğəmbərinin nəvələrinin üzərindən manipulyasiya etməkləri, birbaşa Tehrandan gələn tapşırıqların həyata keçirilməsindən başqa bir şey deyil. Bu nümunə İran İslam Respublikasında siyasi alət kimi geniş istifadə olunduğu üçün, eyni nümunənin Azərbaycanda tətbiq olunması, artıq inanclı təbəqədə belə narazılıq yaratdı ki, bu da dövlət qurumlarının hərəkətə keçməsi ilə nəticələndi. 

İranda baş verən və verəcək hadisələrin, inqilabların, üsyanların, siyasi qüvvələrin çəkişmələrinin nə ilə nəticələnməsindən asılı olmayaraq, bir məqamı yada salmaq istərdim. Azərbaycan hər zaman qonşuları ilə dostluq və qarşılıqlı hörmət əsasında münasibət qurub. Bunun qarşılığında da, Azərbaycan xalqı ancaq və ancaq bunu tələb edib. Təəssüf ki, 40 il əvvəl Xomeyni ilə birgə vuruşan, İran İslam İnqilabının aparıcı qüvvəsi olan Şəriətmədari İranda yaşayan azərbaycanlılar üçün İrandan muxtariyyət ala bilmədi. Xomeyni hakimiyyətə gələn kimi ilk növbədə ən yaxın silahdaşı, azərbaycanlı, böyük nüfuza malik Şəriətmədarini ömrünün sonuna kimi ev dustağı edərək, onun bütün imkanlarını əlindən aldı. 

Tarix isə təkrarlanmağı sevir. Görünür bu da onun qanunauyğunluğudur. 40 ildən sonra deyəsən İran yenidən çalxalanır.

Oxu.az

Bu yazılara da göz atın...