Ekspert: “Azərbaycanın pandemiya ilə mübarizəsi digər ölkələrə nisbətən uğurlu idi”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“2019-cu ildə koronovirus (COVID-19) pandemiyası başlayanda onunla və onun yaratdığı iqtisadi böhranla mübarizədə hər bir ölkənin, o cümlədən Azərbaycanın öz strategiyası oldu. Bizim ölkənin mübarizə üsulları digər ölkələrə nisbətən uğurlu və unikal idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan hökumətinin pandemiya ilə mübarizəsini şərh edən ekspert Elvin Abbasov deyib.

“Təbii ki, hər bir ölkə strategiyasını hazırlayarkən maliyyə vəziyyətini, texnoloji amilləri və s. nəzərə aldı. Bu amillər nəzərə alınmadan koronovirusla mübarizə aparmaq mümkün deyil. İqtisadiyyatı dayanıqlı, daha möhkəm olan ölkələr öz vətəndaşlarına bildirdilər ki, siz evdə qalın, biz sosial paket şəklində sizə yardım ayıracağıq! Amma Belarus və s. ölkələr başqa siyasət yürütdü. Onlar düşünürdü ki, təbiət insanı qoruyacaq və insan tez bir zamanda buna adaptasiya olacaq. Yəni özünü qoruya biləcək. Azərbaycan isə əvvəlcə qapanma siyasətini yürütdü, izolyasiyaya getdi. Məqsəd o idi ki, ilk olaraq problemin qarşısı alınsın, bir də onunla uzun-uzadı məşğul olunmasın. Artıq iki il arxada qalıb və bizim imkanımız var ki, müxtəlif ölkələrin tətbiq etdiyi mübarizə modellərini müqayisə edək.

Təbii ki, Azərbaycanın tətbiq etdiyi model ən uğurlularından idi. Bir məsələni də nəzərə almaq lazımdır ki, bu sosial siyasəti yürütmək üçün dövlətin kifayət qədər iqtisadi imkanları, gücü olmalıdır. Çünki ehtiyaclı təbəqənin gündəlik tələbatını ödəmək üçün nəzərdə tutulan sosial paketlər kifayət qədər vəsait tələb edir. Məhz pandemiya dövründə Azərbaycanın 600 mindən çox şəxsə bir neçə dəfə 190 manatlıq maliyyə dəstəyi göstərməsi də nümunəvi mübarizə üsullarındandır.

Təkcə bir faktı demək kifayətdir ki, dövlət başçısının təsdiqlədiyi 10 tədbirdən ibarət olan sosial paket 2,5 milyon insanı əhatə edib və ümumilikdə özəl sektor üzrə təxminən 690 min, dövlət sektoru üzrə isə 900 mindən çox işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin olunub. Hansı ki, eyni zamanda dünyanın bir çox ölkələri ixtisarlara getməyə məcbur olublar.

Əgər statistik rəqəmlərə nəzər yetirsək görərik ki, rəsmi Bakı təkcə öz vətəndaşını qorumayıb, həm də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xətti ilə 80-ə yaxın ölkəyə maddi yardım edib.

Təbii ki, bu tip faktlar çoxdur və onların siyahısını genişləndirmək olar.

Sual oluna bilər ki, bəs bundan sonra nə baş verəcək? İlk olaraq insanların sağlamlığı nəzərə alınmalıdır. Hesab edirəm ki, bu baxımdan bizim bir üstünlüyümüz var. Ölkəmizin coğrafi olaraq doqquz iqlim tipinə malik olması insanlarımızın dəyişkən mühitlərə tez adaptasiya olmasına imkan yaradır. Atılacaq addımlarda fərdi şəxslər, vətəndaşlarla yanaşı biznes sektoru da nəzərə alınmalıdır. Yəni maksimum çalışmaq lazımdır ki, biznes mühiti ayaqda qalsın. Hesab edirəm ki, kütləvi qapanmalara getmək artıq geridə qaldı. Xəstəliklə mübarizədə daha çox psixoloji məqamlara da fikir vermək lazımdır. Onları bu mübarizəyə ruhən hazırlamaq lazımdır.

Düşünürəm ki, bütün mübarizə tədbirləri ilə yanaşı texnoloji standartları daim yeniləməliyik. Xüsusən də, hazırda dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərin təşviqi və təbliği aparılmalıdır. Təbii ki, elektronlaşma bizim həmin qurumların xidmətlərindən daha asan və vaxt itkisi olmadan istifadə etməyimizə imkan verir. Bir məsələni də vurğulamaq yerinə düşər ki, dövlətin elektronlaşmada maraqlı olması onun korrupsiya ilə mübarizədə də qərarlı olmasını göstərir. Vətəndaşlar isə yaradılan bu unikal imkanları mütləq dəyərləndirməlidir.

Məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlarla bağlı 150-dən artıq meyar üzrə yardım paketi var, həmçinin İqtisadiyyat Nazirliyinin də sahibkarlıqla bağlı ondan artıq dəstək mexanizmi mövcuddur.

Təbii ki, digər qurumların da bu və ya başqa formada aidiyyəti sektorlara dəstək mexanizmləri mövcuddur. Hesab edirəm ki, məhz bu yardım vasitələrinin köməyi ilə dövlət özünün uğurlu mübarizə metodlarını işə salaraq həm pandemiyaya qalib gələ, həm də vətəndaşlarını və sahibkarları sıxıntıdan qoruya bilər”.

Oxu.az

Bu yazılara da göz atın...