BMT-nin qərargahı önündə Ermənistanın hərbi təxribatına qarşı aksiya keçiriləcək

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.

Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək.

Oxu.az

Bu yazılara da göz atın...